5 C
Baku
Saturday, December 14, 2024

Bakı şəhərinin 5 müxtəlif ərazilərində qış yarmarkaları təşkil olunacaq

“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti “Enerji Təchizat-1” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhərinin 5 müxtəlif ərazilərində 20-30.12.2020-ci il tarixlərində (11 təqvim günü) kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkili işlərinin satınalınması nəzərdə tutulur.

Buna görə “Aqrar Tədarük və Təchizat” ASC “Enerji Təchizat-1” MMC-yə 198 490 manat ödəyəcək.

Qeyd edək ki, “Enerji Təchizat-1” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Bəxtiyar Zeynalovdur.

Son xəbərlər
Digər xəbərlər