2 C
Baku
Saturday, December 14, 2024

ABŞ-ın sanksiya qərarına Türkiyədən cavab gəldi

ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsi ilə bağlı qərarını qınayırıq və rədd edirik.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Qeyd olunub ki, ABŞ, S-400-ün NATO sistemləri baxımından zəifliklər yaradacağını iddia edir:

“Türkiyə, NATO-nun da iştirak edəcəyi bir texniki işçi qrupu yaratmağı təklif etdi və dəfələrlə siyasi qərəzdən uzaqlaşaraq bu məsələni obyektiv və real əsasda həll etməyi təklif etdi. ABŞ bu məsələni dialoq və diplomatiya yolu ilə həll etmək təklifimizlə razılaşmayaraq birtərəfli sanksiyalara əl atdı”.

Bildirilib ki, Türkiyə ABŞ-ın qərarına qarşı lazımı addımlar atacaq:

“Türkiyə, münasibətləri qaçılmaz olaraq mənfi təsir edəcək qərara qarşı lazımlı addımları atacaq. Milli təhlükəsizliyi təmin etmək üçün lazımlı hesab etdiyi tədbirlərdən çəkinməyəcək”.

Son xəbərlər
Digər xəbərlər