Jacob Barnett – amerikalı riyaziyyatçıdır. Onun iki yaşı olduqda alimlər ona ağır autizm diaqnozu qoyulur. Həkimlər bu zaman belə iddia edirlər ki, o nə danışa, nə oxuya, nə də kiçik gündəlik fəaliyyətlərini icra edə biləcək. Jacob-un 3 yaşı olduqda isə belə məlum olur ki, həkimlər köklü şəkildə yanılıblar. Çünki o əlifbanı əzbər bilirdi və hətta əks istiqamətdə də deyə bilərdi.
O məhz bu yaşda olarkən planetariyanı ziyarət edərkən təlimatçının Marsın hansı formada olması ilə bağlı sualına doğru cavab verir. 10 yaşı olduqda isə İndianapolisdə İndiana universitetinə daxil olur.
Barnett özünün doktorluq dissertasiyası üzərində işləyərkən iddia edirdi ki, bir gün o Eynşteynin nisbilik nəzəriyyəsini təkzib edə biləcək. Hazırda isə o kvant fizikası sahəsi üzrə dissertasiya işi üzərində işləyir.