9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan və Xorvatiya XİN başçıları telefonla danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiya Respublikasının xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç Radman ilə telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verib.

Nazirlər bölgədə mövcud son vəziyyəti, eləcə də 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Nazirlər habelə ikitərəfli əməkdaşlıq münasibətlərini, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Son xəbərlər
Digər xəbərlər