DSMF 5 ədəd mikro avtobus aldı – 434 min manata

“Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs “Diamond Motors” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Fondun Aparatı və struktur bölmələrində istifadə olunacaq 16-18 nəfərlik mikro avtobuslar alınması nəzərdə tutulur.

Alınacaq mikro avtobusların ümumi sayı isə 5 ədəddir.

DSMF 5 ədəd mikro avtobusa görə 433 500 manat ödəyəcək.

Onu da qeyd edək ki, “Diamond Motors” MMC dünya şöhrətli “Mitsubishi Motors” şirkətinin Azərbaycanda rəsmi və yeganə distribüteridir.
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər