9 C
Baku
Thursday, December 12, 2024

Mikayıl Cabbarov: “Pandemiya və karantin rejimi çərçivəsində ayrılan maliyyə yardımının ümumi həcmi 2 mlrd. dollardan çoxdur”

Azərbaycan hökuməti tərəfindən COVID-19 pandemiyası və bu səbəbdən ölkədə tətbiq edilən karantin rejimi çərçivəsində ayrılan maliyyə yardımının ümumi həcmi 2 mlrd. ABŞ dollarından çoxdur.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən “KPMG Azerbaijan” şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr olunan “Azərbaycanda Xarici Biznes 2020” hesabatının rəsmi təqdimatında çıxış edərkən deyib.

Nazir qeyd edib ki, sosial dəstək tədbirləri indiyədək 5 milyona yaxın insanı əhatə edib və 14 dekabrdan ölkədə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq əhaliyə ödənişlər formasında yenidən dəstək göstəriləcək: “Yeni sərtləşdirici tədbirlərin tətbiqi ilə əlaqədar əhaliyə yenidən ödənişlər ediləcək. Ümumilikdə, sözügedən sərtləşdirici tədbirlər ölkə üzrə 458 min işçini əhatə edib. Ümumi dəstək paketinin dəyəri 2 mlrd. dollardan çoxdur və mikrobizneslərə və sosial paketinin hissəsi olan işsizlərə yönəlir”.

M. Cabbarovun sözlərinə görə, maliyyə dəstəyi paketi 300 min mikrobiznesi və 11 500 korporativ vergi ödəyicilərini əhatə edib. Nazir əlavə edib ki, indiyədək Azərbaycan hökuməti COVID-19 pandemiyasından zərər çəkən özəl sektordakı bizneslərə 200 mln. manatdan çox maliyyə yardımı göstərib.

Son xəbərlər
Digər xəbərlər