19 C
Baku
Sunday, October 13, 2024

Karantin rejimində maskaların çeşidinə və rənginə görə məhdudiyyət tətbiq olunurmu? – DİN-dən açıqlama

Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə 14 dekabrdan ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə başlanılıb.

Sərtləşmiş xüsusi karantin rejimində ictimaiyyəti maraqlandıran suallardan biri də, maskaların çeşidinə və rənginə görə hər hansı məhdudiyyət və inzibati məsuliyyətin nəzərdə tutulub, tutulmamasıdır.

“Banker.az”a DİN-dən daxil olmuş məlumata görə, Tibbi maskaların çeşidləri və rəngləri ilə bağlı hər hansı məhdudiyyət tətbiq olunmur.

Həmçinin qeyd edək ki, buna görə inzibati məsuliyyət nəzərdə tutulmur.

Son xəbərlər
Digər xəbərlər