7 C
Baku
Wednesday, November 6, 2024

Azərbaycanda ilk dəfə koronavirus infeksiyası üçün ixtisaslaşdırılmış tibbi məlumat sistemi yaradılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında Azərbaycanda ilk dəfə tətbiq edilən və tibb praktikasında bənzəri olmayan, yeni növ koronavirus infeksiyası üçün ixtisaslaşdırılmış tibbi məlumat sistemi yaradılıb.

Bu barədə Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun nazirliyin yaranmasının 15 illiyi ilə bağlı məqaləsində qeyd olunub.

Nazir xatırladıb ki, prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il fevral ayının 27-dən etibarən ölkəmizdə koronavirusun yayılma təhlükəsinin qarşısının alınması üçün məqsədilə FHN tərəfindən təxirəsalınmaz tədbir həyata keçirilib: “İran İslam Respublikası, Rusiya Federasiyası və Gürcüstanla sərhəd-keçid məntəqələrinin yaxınlığında qəbul-çeşidləmə məntəqələri yaradıldı, hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları həmin məntəqələrdə fasiləsiz rejimdə fəaliyyətlərini davam etdirdilər”.

Həmçinin nazirlik əməkdaşları prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına qoşularaq, sosial dəstək tədbirlərində yaxından iştirak edib, karantin rejimi tədbirlərinin həyata keçirildiyi dövr üçün vətəndaşlara psixoloji yardımın göstərilməsi xidməti təşkil olunub, əhali arasında maarifləndirici söhbətlər aparılıb, dezinfeksiya işləri həyata keçirilib.

“Eyni zamanda əməkdaşlarımız Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq könüllü qanvermə aksiyasına qoşuldular” deyə, nazir qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər