7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda ləğv olunan 4 bankın əmanətçilərinə 613 mln. manat kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 24 min 53 əmanətçiyə 613 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

“Banker.az”a Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, “Atabank”ın 9 668 əmanətçisi 241 milyon 231 min 048 manat, “Amrah Bank”ın 5 718 əmanətçisi 138 milyon 387 min 775 manat, “AGBank”ın 4 541 əmanətçisi 108 milyon 976 min 771 manat, “NBC Bank”ın isə 4 126 əmanətçisi 124 milyon 550 min 791 manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

Son xəbərlər
Digər xəbərlər