18 C
Baku
Saturday, October 12, 2024

Bakı-Tbilisi-Ceyhan ilə indiyədək Azərbaycandan 424 mln. ton neft nəql edilib

İndiyə qədər Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti ilə Türkiyə və dünya bazarlarına 424 mln. tona yaxın Azərbaycan nefti nəql edilib.

“Banker.az”a Energetika Nazirliyindən verilən məlumata görə, bunu “Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair Anlaşma Memorandumu” imzalanması mərasimində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib. 

Bildirib ki, indiyə qədər Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, qaz kəmərləri ilə  Türkiyəyə 76 milyard kubmetrdən çox qaz nəql edilib. TANAP-la Türkiyəyə nəql edilən qazın həcmi 2018-ci ilin iyulundan indiyə kimi 8,2 milyard kubmetrdən artıq olub.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycan nefti ilə yanaşı başqa ölkələrində nefti nəql edilir.

Son xəbərlər
Digər xəbərlər