18 C
Baku
Saturday, October 12, 2024

Azərbaycan indiyədək Türkiyəyə 76 mlrd. kubmetrdən çox qaz ixrac edib

İndiyə qədər Azərbaycandan qaz kəmərləri ilə Türkiyəyə 76 milyard kubmetrdən çox qaz nəql edilib.

Banker.az-a Energetika Nazirliyindən verilən məlumata görə, bunu “Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair Anlaşma Memorandumu” imzalanması mərasimində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Bildirilib ki, TANAP-la Türkiyəyə nəql edilən qazın həcmi 2018-ci ilin iyulundan indiyə kimi 8,2 milyard kubmetrdən artıq olub.

Həmçinin, qeyd olunub ki, bu vaxta qədər Türkiyənin Azərbaycan iqtisadiyyatına 14 milyard dollar, Azərbaycanın isə Türkiyəyə 18 milyard dollardan çox sərmayə qoyması da iki ölkə arasında yüksək əlaqələrin daha uğurlu bir nümunəsi kimi qiymətləndirilib.

Son xəbərlər
Digər xəbərlər