2020-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 660.8 milyon manat dəyərində tikinti materialları istehsal olunub.
Banker.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə tikinti materiallarının istehsalı 24.6% artıb.
Hesabat dövründə tikinti gipsinin istehsalı 2.4 dəfə, tikinti kərpicinin istehsalı 21.2% artıb.
Bunun əksinə, sementin istehsalı 3.4%, tikinti əhənginin istehsalı 26.9%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 40.1%, asfaltın istehsalı isə 57.1% azalıb.