12 C
Baku
Wednesday, December 11, 2024

“Deutsche Bank” aldığı bankın keçmiş sahiblərinə məhkəmədə qalib gəlib

Almaniya məhkəməsi ölkənin aparıcı bankı “Deutsche Bank”ın 10 il bundan əvvəl aldığı və pərakəndə bankçılıqda istifadə etdiyi “Postbank”ın keçmiş sahiblərinin ona qarşı iddiasını təmin etməyib.

Bu barədə “Reuters” agentliyi xəbər verir.

Məlumata görə, sözügedən bankın hər səhmi 25 avrodan “Deutsche Bank”a satılıb. Amma keçmiş səhmdarlar sonradan bu qənaətə gəliblər ki, qiymətli kağızları bazar dəyərindən ucuz satıblar və buna görə də, qarşı tərəfdən 740 milyon avro təzminat tələb edirlər. Köln Şəhər Məhkəməsi isə bu iddianı rədd edib.

Son xəbərlər
Digər xəbərlər