2020-ci ildə Azərbaycanda yerli avtomobil zavodlarında 1 642 minik avtomobili istehsal edilib. Banker.az-a daxil olan məlumata görə isə, istehsal edilən avtomobillərdən 1 467 ədədi bazarlarda satılıb.
Azərbaycada bu il minik avtomobili istehsalının həcmi öncəki illə münasibətdə 20.8 faiz azalıb. Hazırda zavdların anbarında 188 ədəd avtomobil qalıb.
Aylar üzrə isə nəzər yetirdikdə Azərbaycanda ən çox cari ilin fevralında 288 ədəd istehsal edilib, aprel və may aylarında isə istehsal tam dayanıb. Noyabrda isə 145 ədəd minik avtomobil istehsal edilib.