10 C
Baku
Tuesday, November 26, 2024

Beynəlxalq Bankın qoşulmağa hazırlaşdığı UnionPay sistemi nədir?

UnionPay Çinin milli ödəniş sistemidir və 2002-ci ildə ÇXR banklarının assoasiyası olaraq yaradılıb. Onun yaradılmasında əsas təşəbbüskar olaraq isə Dövlət şurası və Çin Milli bankı çıxış edib. Ödəniş sisteminin səhmdarları 200-dən çox maliyyə təşkilatlarıdır və ən nəhəng səhmdar 6% səhmə sahibdir. 

2010-cu ilin noyabr ayında UnionPay-in ödəniş kartları 141 ölkədə, ümumilikdə 1 milyondan çox bankomatda qəbul edilirdi.

2012-ci ildə əsas gəlir ölkə daxili əməliyyatlardan əldə edilirdi. Bununla yanaşı, UnionPay plastik kart buraxılması üzrə dünyada birinci yeri tutur və dünya üzrə UnionPay kartlarının ümumi emissiyası 3,4 milyard karta çatmışdır.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı bu sistemə qoşulmaq barədə qərar vermişdir və bu məsələ ilə bağlı 19 Noyabr 2014 tarixində təqdimat mərasimi keçirməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər