20 C
Baku
Saturday, October 12, 2024

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5437.8 min ton təşkil edib.

Banker.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadə xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.6% artım deməkdir.

Məlumatda görə, hesabat dövründə yüklərin 34%-ni neft yükləri təşkil edib.

Qeyd edək ki, dəniz limanları tərəfindən 7809.2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 93.9%-ni tranzit yüklər təşkil edib. 2020-ci il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi isə 218.8 min ton olub.

Həmçinin qeyd edək ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 19.2 min nəfər olub ki, ötən ilin eyni dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayında 2% azalma müşahidə olunub.

Son xəbərlər
Digər xəbərlər