“Gənclər ayda 160 manat ödəməklə mənzilə sahib olmalıdır”
Milli Məclisin iclasında deputat İqbal Ağazadə mənzilə ehtiyacı olanların evlə təminatı ilə bağlı təklif verib.
O bildirib ki, ipoteka üçün 50 milyon manat ayrılsa da, ipotekadan imkansız ailələr yararlana bilmir. “50 min manat ipoteka götürmək üçün ən azı 700-800 manat maaş istəyirlər. Bu isə aşağı maaşla işləyən şəxslər üçün əlçatmaz olur. Ona görə də təklif edirəm ki, dövlətin ayırdığı vəsait hesabına gənclər şəhərciyi tikilsin. Bununla həm gənclər evsizlik problemini həll etsinlər, həm də dövlət qazansın. Belə ki, gənc ailələr aylıq 160 manat kirayə haqqı ödəməklə, 25 il ərzində mənzilə sahib ola bilərlər.
BizimYol