2020-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 1 294.4 min ton çörək istehsal olunub.
Dövlət Statistika Komitəsindən “Banker.az”a verilən məlumata əsasən çörək istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1.5% artıb.
Məlumat üçün qeyd edək ki, təkcə noyabr ayında ölkədə 118.3 min ton çörək istehsal olunub ki, bu da oktyabr ayı ilə müqayisədə 0.4% və ya 0.5 ton azdır.