17 dekabr 2020-ci il tarixində Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.
Hərracda tələb 70.8 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Ümumiyyətlə isə noyabrın 26-dakı ($56.2 mln) valyuta hərracından sonra satılan dolların həcmi artır. Bundan öncəki hərracda isə $70 mln vəsait satılmışdı. Dekabrın ilk 6 hərracında isə $400.7 mln vəsait satılıb. Bu da öncəki aydan $24.1 mln, yəni, 6.3 faiz artıb. Bu noyabrda $376.6 mln satılmışdı.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.