ABŞ-ın bir neçə ştatı antimonopoliya qaydalarını pozması ilə bağlı Amerikanın texnologiya nəhəngi “Google”a qarşı məhkəmədə iddia qaldırıb.
Bunu Nyu-Yorkun Baş prokuroru Letisiya Ceyms bildirib.
“Mən, başqa ştatlardan olan 37 həmkarımla birlikdə “Google”a qarşı axtarış xidmətinin qanunsuz inhisarçılığına son qoyması üçün məhkəməyə müraciət edirəm”- Baş prokuror tvitter hesabında yazıb.
ABŞ hökuməti “Google”la bağlı ilk dəfə məhkəməyə müraciət etmir. 20 oktyabr tarixində ABŞ Ədliyyə Nazirliyi “Google” şirkətini məhkəməyə verib.
Nazirlik iddia edir ki, şirkət axtarış sistemlərinin keyfiyyətlərini aşağı salır və seçim variantlarının sayını azaldaraq istehlakçılara zərər verir. “Google” isə iddiaları əsassız sayır.