10 C
Baku
Friday, December 13, 2024

AccessBankın aktivləri ilə bərabər gecikmədə olan portfeli də artmışdır

2014-cü ilin III rübünun sonuna Access Bankın aktivləri 970 388 455 manat təşkil edib ki, bu da ötən rüb ilə müqayisədə 5% yəni çoxdur. Ötən ilin müqafiq dövrü ilə müqayisədə isə Bankın aktivləri 38% artıb.

Bu haqda Bankın rüblük hesabatında qeyd edilir.

Hazırda Bankın kredit portfeli ötən ilin III rübü ilə müqayisədə 37% artaraq 775 508 040 manata bərabər olub. Həmçinin bankın vaxtı keçmiş kreditlərinin məbləği 6 426 590 manat, kredit portfelində xüsusi çəkisi isə 0.83% təşkil edib.

Carili ilin ötən rübü ilə müqayisədə isə Bankın vaxtı keçmiş kreditləri 3 913 920 manat artıb. Cari ildə Access Bankın vergilər ödənildikdən sonra xalis mənfəəti isə 32 101 780 manat olub.

Son xəbərlər
Digər xəbərlər