“Twitter” səsli söhbət otaqları funksiyasını sınaqdan keçirir. Tərtibatçıların sözlərinə görə, “nahar ziyafətində yaxşı vaxt keçirmək üçün bütün iştirakçıları tanımağa ehtiyac yoxdur”.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məhz buna görə şirkət kiçik istifadəçi qrupunda “Spaces” adlı səsli söhbət otaqlarını yaratmaq istəyir. Bildirildiyi kimi, söhbət otağın sahibi istədiyi hər bir istifadəçini müzakirəyə dəvət edə biləcək.
Onlar müzakirəni idarə edə, istifadəçilər isə tvitləri paylaşa və söhbətə emoji ilə cavab verə biləcəklər. Hər bir istifadəçi ləqəbi ilə görünəcək. Xatırladaq ki, “Twitter” səsli söhbət otaqları funksiyası haqqında noyabr ayında açıqlama vermişdir.