13 C
Baku
Sunday, September 29, 2024

Azərbaycanda ödənişli xidmətlərdən əldə olunan gəlir 26% azalıb – 6 mlrd manat

2020-ci ilin ilk 11 ayında əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlir 6 227.2 mln. manat olub.

“Banker.az”a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ödənişli xidmətlərdən əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 25.8% azalıb.

Hesabat dövründə hüquqi şəxslər tərəfindən əhaliyə 4 685.1 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75.2%-ni təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 624.1 manatlıq və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 215.1 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Son xəbərlər
Digər xəbərlər