21 C
Baku
Tuesday, October 8, 2024

Milli Məclisdə yenə də bank faizləri gündəmdə

Millət vəkili Fəzail Ağamalı dünəndən bəri parlamentdə davam edən büdcə müzakirələri zamanı texniki-peşə məktəblərinin yenidən bərpası məsələsinin vacibliyini vurğulayıb.

Deputat qeyd edib ki, texniki-peşə məktəblərinin bərpası, onların müasir tələblər səviyyəsində qurulmasına dair işlər görülməlidir. Məktəblərdə bütün sahələr üzrə peşələr tədris olunmalıdır.

Digər problem isə, kommersiya banklarının verdiyi kreditlərin faizinin çox olması son dərəcə xoşagəlməz mənzərəni ortaya qoyur. Faizlərin aşağı salınmasına ciddi ehtiyac var. Əgər kommersiya bankları Mərkəzi Bankın tələblərinə riayət etmirsə, Mərkəzi Banka qanunvericiliklə müəyyən olunmuş əlavə səlahiyyətlər verilməlidir ki, həmin banklara təsir edə bilsin və bununla insanlarımızı kommersiya banklarının nəhəng mədəsindən qurtarmış olsun”.

Deputat eyni zamanda aqrar sektorun inkişaf etdirilməsi üçün daha ciddi addımların atılmasının vacuibliyini vurğulayıb: “Emal müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilməlidir. Digər vacib məsələ daxili bazarın qorunmasıdır. Daxili bazar Azərbaycanın meyvə-tərəvəzə olan ehtiyacını tam ödəməyə hazırdı. Ancaq xaricdən gələn məhsullara qoyulan aşağı dərəcəli rüsumlar yerli məhsullarının bazardan sıxışdırılmasına gətirib çıxarır”.

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər