“Moderna” şirkəti istehsal problemi səbəbindən 400 min peyvənd dozasını məhv etmək məcburiyyətində qalıb.
Banker.az “RİA Novosti”yə istonadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın peyvəndlər üzrə məsləhətçisi Monsef Slaui bildirib.
Qeyd edilir ki, “filtrləmə” problemi istehsalın son mərhələsində ortaya çıxıb. Şirkətin sözçüsü Rey Jordanın sözlərinə görə, “Moderna” bu ayda 20 milyon, 2021-ci ilin birinci rübündə isə 85-100 milyon doza istehsal etməyi planlaşdırır.
Xatırladaq ki, daha əvvəl ekspertlər komitəsi FDA tənzimləyicisinə ABŞ-da “Moderna” peyvəndinin istifadəyə verilməsini tövsiyə etmişdir. Peyvəndin ABŞ-da cümə günü təsdiqlənməsi gözlənilir.