-1 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank bu göstəricilərdən “məmnun” görünür

İnflyasiyanın dinamikası son aylar üzrə proqnozlaşdırılan trayektoriyaya uyğundur və əsasən azaldıcı amillərin təsiri altında formalaşır. Bunu Banker.az Azərbaycan Mərkəzi Banknın 18 dekabrds faiz dəhlizinə dair keçirlən ilin son iclasında “İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri”də qeyd edir.

Requlyator deyir ki, pandemiya ilə bağlı məcmu tələbin aşağı və məcmu buraxılışın kəsirli olduğu şəraitdə rəsmi statistikaya görə noyabrda 12 aylıq inflyasiya 2.4% təşkil etmişdir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.

“İstehlak səbətinin əsas alt kateqoriyaları üzrə qiymət dəyişimi fərqli dinamika nümayiş etdirir.

Ərzaq inflyasiyası noyabrda 0.4%, son 12 ayda isə 3.9% təşkil etmişdir. Ərzaq inflyasiyasının dinamikasına dünya ərzaq qiymətlərinin son 12 ayda 6.5% artması da təsir göstərmişdir”- deyə AMB-nin açıqlamasında deyir.

AMB inflyasiyanın qeyri-ərzaq və xidmət komponentləri üzrə stabillik davam edir ki, bu da əsasən istehlak tələbinin azalmasından irəli gəlidiyini vurğulayır: “Qeyri-ərzaq məhsullarının qiymətləri son ayda 0.1%, xidmətlər isə 0.9% bahalaşmışdır. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətlərinin 12 aylıq dəyişimi müvafiq olaraq 1.2% və 1.1% təşkil etmişdir.

İnflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətlərdə dəyişir. Real sektor müəssisələri üzrə monitorinqin nəticələrinə görə noyabrda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi (əsasən toxuculuq və tikiş altsektorları hesabına) və ticarət sahələrində azalmış, xidmət sektorunda artım meyilli olsa da neqativ zonada qalmış, tikinti sektorunda isə demək olar ki, dəyişməmişdir. Bütövlükdə bütün iqtisadi subyektlər üzrə inflyasiya gözləntiləri faktiki göstəricilərə yaxın formalaşmışdır. Dekabrda ev təsərrüfatları arasında aparılmış sorğuya görə növbəti 12 ay üzrə qiymətlərin daha yüksək templə artacağını gözləyən respondentlərin xüsusi çəkisi sentyabr ayı ilə müqayisədə 13 faiz bəndi azalaraq 12%-ə enmişdir.

Dekabrda yenilənmiş proqnozlara görə inflyasiyanın 2020-ci ilin sonuna 3% ətrafında, 2021-ci ilə isə 3.5-4% diapozonunda formalaşacağı gözlənilir”.

Son xəbərlər
Digər xəbərlər