Şirkətdə direktor vəzifəsini tutmuş bir şəxs həmin şirkətdə qapıçı olaraq fəaliyyət göstərən işçini yanına çağıraraq deyir:
— Mən direktor olaraq qalmaqla qapıçı işləmək istəyirəm. Sən isə mənə kömək edəcəksən!
— Bu çətin deyil, sadəcə başa düşə bilmirəm, bu sizə nəyə görə lazımdır? Onsuz mənim görəcəyim iş bir o qədər də çox deyil… — deyə qapıçı soruşur.
— Rəhbərlik müdirlərdən insanlara yaxın olmağı tələb edir. Bax buna görə! Lakin bununla belə mənimlə bir qapıçı kimi deyil, direktor kimi davranmağı sənə əmr edirəm!
— Bəs bu necə olacaq? — deyə soruşan qapıçı heç nə anlamır.
— Sən mənə bir qapıçıdan nələr tələb olunduğunu başa sal, lakin sən və digərləri mənimlə əvvəlki kimi, direktor olaraq məsafə saxlasınlar və s. bunun kimi şeylər!
— Bilirsiniz nə var, hörmətli direktor! Əlbəttə siz qapıçı peşəsini öyrənə bilərsiniz, lakin heç vaxt özünüzü sadə insan kimi hiss etməyi bacarmazsınız!
— Nəyə görə?
— Çünki heç vaxt direktor olduğunuzu unuda bilməyəcəksiniz!