21 C
Baku
Tuesday, October 8, 2024

Edvard Cenner – öz oğlunu yoluxduraraq yenilik edən həkim

18-ci əsrin sonunda ingilis həkim Edvard Cenner özünün çiçək xəstəliyi ilə bağlı nəzəriyyəsini sübut etməyə çalışırdı. Onun nəzəriyyəsi ondan ibarət idi ki, əgər insanı ölümcül olmayan inək çiçək virusu ilə yoluxdursaq, həmin insan sağaldıqda insan üçün ölümcül olan çiçək virusu ona heç bir təhlükə yaratmayacaq.

Cenner haqlı olduğunu müasir dövrdə biz bilirik. Lakin o  dövrdə peyvənd nəzəriyyəsi inəklərlə işləyən və çox nadir hallarda insan çiçək virusuna yoluxan insanlar üzərində müşahidələrə əsaslanırdı.

Məlumdur ki, elmi cəmiyyət sözügedən ideyanı həyata keçirmək niyyətində olmadı. Bu səbəbdən də Cenner riskə getməyi qərara alır və eksperimenti öz kiçik oğlu Edvard üzərində həyata keçirir. Bu tarixi yoluxma anı o qədər diqqət toplamışdı ki, hətta daha sonradan bu hadisəyə həsr edilmiş heykəl də yaradılır.

Peyvənd o zamanlar yalnızca iynə vurmaqdan iabrət deyildi. Cerrer oğlunun qolunda skalperlə kiçik cızıq açaraq əsl xəstədən götürülmüş irinli mövtəviyyatı həmin yaraya sürtür. Uşaq çiçək xəstəliyinin yüngül formasına yoluxduqda Cenner ona əsl – insan çiçək xəstliyinin virusunu vurur. Əgər həkimin iddia etdiyi nəzəriyyə doğru idisə yoluxma baş verməyəcəkdi. O daha sonradan bu eksperimenti qonşu uşaqları ilə də həyata keçirmişdi.

Xoşbəxtlikdən Cenner haqlı idi və onun təxminləri özünü doğruldur. Əks təqdirdə o tarixdə oğlu üzərində qəddar eksperiment həyata keçirmiş bir ata olaraq qalacaqdı.

Son xəbərlər
Digər xəbərlər