2 C
Baku
Saturday, December 14, 2024

ABŞ-da “Moderna” şirkətinin istehsal etdiyi peyvənddən istifadə olunacaq

“Moderna” əczaçılıq şirkətinin istehsal etdiyi peyvənd ABŞ-da koronavirusa qarşı istifadə edilməsi üçün qəbul edilib.

Bu barədə prezident Donald Tramp tvitter səhifəsindən bildirib.

Dərmanın tezliklə tədarükünə başlanacağını qeyd edən dövlət başçısı eyni zamanda koronavirusdan daha çox əziyyət çəkən Almaniya, Fransa, İtaliya və İspaniyaya artıq göndərildiyini vurğulayıb.

Bundan əvvəl ekspertlər komitəsi Ərzaq və Dərmanlar Administrasiyasına (FDA) ölkə daxilində istifadə etmək üçün “Moderna” şirkətinin dərmanını tövsiyə etmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər