10 C
Baku
Sunday, December 22, 2024

Bill Qeyts: “Həyat – insanlardır. Sevdiyiniz, itirdiyiniz və hətta nifrət etdiyiniz insanlar”

Nikas Geke xəyalpərəstlər və sarsılmaz optimistlər üçün yazır. Onun özünü inkişaf etdirmə, fəlsəfə və məhsuldarlığa dair yazıları bir çox nəşrlərdə üzə çıxmışdır. Boş vaxtlarında o, Münhendə gəzməyi, pizza yeməyi və Four Minute Books üçün qısa qeydlər yazmağı sevir.

Onun fikrincə, Bill Geyts maraqlı insandır, müvəffəqiyyətli və ya zəngin olduğuna görə yox. Bunun əvəzinə, yazar milyarderi şəxsiyyət kimi qiymətləndirir və “Sizin üçün insan olmaq nə deməkdir?” sualına cavab verməsini xahiş edir.

Bill Qeyts bir çox səbəbə görə maraqlı şəxsiyyətdir: onun sərvəti, onun vərdişləri, onun ideyaları.

Netflix-in yeni olan Inside Bill’s Brain: Decoding Bill Gates sənədi filmi, bu məqamların hamısını əhatə edir. Film onun bütün qeyri-adi tarixini izləyir: ofis proqram təminatının qloballaşmasından tutmuş dünyanın ən nüfuzlu şirkətlərindən birinin yaradılmasına qədər.

Lakin bizim heyran olduğumuz bu deyil. Bu, Bill Qeytsin uğuru, düşüncə tərzi, dünya problemlərinin həllinə olan yanaşma və s. ilə əlaqəli deyil. Bizə onun “Sizcə, insan olmaq nə deməkdir?” sualına verdiyi cavabı maraqlıdır.

Müsahibə boyunca intervyuyer milyarderə dalbadal çox sadə suallar verir: “Ən çox hansı yeməyi sevirsiniz? Ən çox sevdiyiniz heyvan hansıdır? Səhər yeməyinə nə yeyirsiniz?”. Lakin vaxtaşırı Bill Qeyts çətin suallara da cavab verməli olur. Onlardan biri: “Həyatınızın ən pis günü nə zaman olub?”.

Bill Qeyts kifayət qədər sakit insandır. O, özünü əldə saxlamağı bacarır, bütün suallara asanlıqla cavab verir. Lakin bu dəfə hər dəyişdi. O, gözlərini qıydı. Aşağı baxdı. Deyəsən, o düşünür, amma əslində elə deyil. O, nə deməli olduğunu bilir, sadəcə istəmir. Və heç kim inanmazdı. Lakin sonra Bill Qeyts bizə bunu dedi:

“Anamın rəhmətə getdiyi gün”.

Bu insan 127 milyon dollarlıq evin kitabxanasında oturub, həyatda mümkün olan hər bir şeyə nail olub, hər bir kəs onu uğurlu şəxslərdən biri hesab edir.

Bütün bunlarla, o, demədi: “Stiv Jobsun məni ideya oğurluğunda ittiham etdiyi gün”.

O, demədi: “1,3 milyard dollar cərimə ödəməli olduğum gün”.

O, demədi: “Belçikadan gələn iş adamları ilə görüşdə üzümə kremli piroq vurmuşdular, həmin alçaldığım gün”.

Yox, Microsoft-un qurucusu üçün ən pis gün anasının rəhmətə getdiyi gündür.

Kim olmağınızdan və ya olmaq istədiyinizdən asılı olmayaraq, həyat pul, status və güc deyil. Varislik belə vacib deyil.  

Həyat – insanlardır, hər gün qarşılaşdığınız insanlar, itirdiyiniz insanlar. Hətta nifrət etdiyiniz insanlar. Həyat, ilk növbədə, sevdiyiniz insanlardır. Onların bəziləri sizdən tez öləcək. Və siz onları bir daha geri qaytara bilməyəcəksiniz.

Hər birimizin vaxtı məhduddur. Lakin sevdiyimiz insanlarla vaxt keçirməyə gəldikdə, həmin müddət daha da azalır. Qeyts bizə bu faktı xatırlatdı. Və bu, onun həyatdan götürdüyü əsas dərsdir.

 

Son xəbərlər
Digər xəbərlər