2020-ci ilin ilk 11 ayı ərzində Azərbaycandan xaricə qaz satışı 12 milyard kubmetr təşkil edib.
“Banker.az”a Energetika Nazirliyindən verilən məlumata əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur.
Cari ilin 11 ayında keçən ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21.1 faiz çox, yəni 10 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 2 milyard kubmetr olub.
Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 4.2 milyard kubmetr qaz nəql olunub.