Azərbaycan bazarını daha bir şirkət tərk etdi.
Banker.az xəbər verir ki, “Tecnoblog” MMC ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1138, Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov ev 86a, m.1 ünvanına bildirə bilərlər.
Onu da qeyd edək ki, “Tecnoblog” MMC dekabr ayında qeydiyyata alınıb. Bu şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Nicat Məmmədlidir.