10 C
Baku
Friday, December 13, 2024

“Microsoft” öz prosessorlarının istehsalına başlayır

“Microsoft” şirkəti “Intel”dən asılılığını azaltmaq üçün ARM arxitekturasına əsaslanan prosessorların inkişafına başlayacaq.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, “Apple” da buna oxşar addım ataraq, yeni “MacBook”larda “Intel” çiplərini öz istehsal etdiyi ARM prosessorları ilə əvəz etdi.

Ekspertlərin sözlərinə görə, bununla da “Microsoft”un istehsal etdiyi prosessorlar bulud serverləri ilə təchiz ediləcək. Bundan əlavə, texnologiya nəhəngi “Surface” fərdi kompüterlər üçün ayrı növ çip yaratmağı planlaşdırır.

Qeyd edək ki, son illərdə Microsoft” digər texnologiya şirkətlərinin keçmiş əməkdaşlarını işə götürür. Onlar sırasında “Intel”, “AMD”, “Nvidia” və “Qualcomm” var.

Bu gün korporativ şəbəkələr üçün serverlərin əsas hissəsi “Intel Xeon” prosessoru ilə təchiz olunur – şirkətin bazardakı payı 90%-ə çatır. “Microsoft”un öz çiplərinə keçmək planları ilə bağlı şayiələr “Intel” səhmlərinin 6%-dan çox ucuzlaşmasına səbəb olub.

Son xəbərlər
Digər xəbərlər