İki polşalı həkim – Evgeniuş Lazovskiy və Stanislav Matuleviç alman istilası zamanı “bioloji silah”-ın köməkliyi ilə 8 000 yəhudinin həyatını xilas edə bilib. Onlar belə sübut ediblər ki, ölü Proteus OX19 bakteriyası ilə peyvənd etdikdən sonra qan nümunələri yalan olaraq yatalaq testlərinə müsbət nəticə göstərir. Bunu bilən həkimlər Rozvadov şəhərciyi və onun ətrafındakı əhalini gizli şəkildə peyvənd etmək və qan nümunələrini nasitlərə göndərməyi qərara alırlar.
Qan nümunələrini təhlil edən almanlar belə qərara alırlar ki, şəhərdə epidemiya yayılmaqdadır və şəhəri karantin zonası elan edərək oraya getməkdən imtina edirlər. Beləliklə, bu ərazidə yaşayan yəhudi ailələri alman əsgərləri tərəfindən qətlə yetirilmək və yaxud hərbi düşərgəyə göndərilmək şansından xilas olurlar.