21 C
Baku
Wednesday, October 9, 2024

Məktub yazın!!!

70-ci illərin əvvəlində Afrikanın Dagomey dövlətinin (indi bu dövlət Benin adlanır) Sokotinci şəhərciyində yerli poçta Jean-Pierre M’Bana adlı bir şəxs rəhbərlik edirdi. Demək olmaz ki, bu məmurun vəzifəsi çox əziyyətli və gərgin idi. Əksinə onun işi heç də çox deyildi. Bu şəhərin sakinləri poçtdan istifadə etməyə bir o qədər də həvəsli deyildilər. Əhalinin savadlılıq dərəcəsi aşağı idi və onlar nə məktub yazır, nə də alırdılar. Buna bir səbəb də onların bütün qohumlarının yaxınlıqda yaşaması idi.

Bununla yanaşı, sakinlər beynəlxalq hadisələrə və xəbərlərə qarşı da maraqsız olduqlarından burada qəzet də buraxılmırdı. Yerli xəbərləri isə şəhər bazarında əldə etmək mümkün idi. Bir sözlə, bu Afrika şəhərciyinin sakinləri poçt olmadan da keçinə bilirdilər. Lakin bu vəziyyət poçt rəhbərinin heç xoşuna gəlmirdi. Hər şey belə davam etsəydi şəhər poçtsuz, Jean-Pierre isə işsiz qalacaqdı. Bu şəhər əhalisini qətiyyən narahat etmədiyi üçün Jean-Pierre özü nə isə etmək qərarına gəlir və qeyri-adi layihə ilə bələdiyyəyə üz tutur.

Beləliklə, şəhərciyin hər bir vətəndaşı ildə bir dəfədən az olmamaqla məktub göndərməli idi, hara göndərdiyi isə heç bir əhəmiyyət daşımırdı. Lakin bu hələ son deyildi. Bundan əlavə, hər bir vətəndaş hər həftə birdən az olmayaraq məktub əldə etməli idi. Onun bu məktubu da haradan və kimdən alacağı da əhəmiyyətsiz məsələ idi. Maraqlıdır ki, uçurumun kənarında olan bu məmurun təklifi şəhər rəhbərliyindən öz təsdiqini tapır. Lakin şəhər sakinlərinin bu qərarı sevib-sevmədiklərini demək çətindir. Lakin onlar buna riayət etməli idilər. Qanun qanundur!

Son xəbərlər
Digər xəbərlər