6 C
Baku
Monday, December 16, 2024

“Credit Suisse” COVID-19 pandemiyasının uzunmüddətli nəticələrini açıqladı

Koronavirus pandemiyasının səbəb olduğu 2020-ci il böhranı səhiyyə ilə əlaqəli əvvəlki oxşar çətinliklər kimi, elmi və sosial texnologiyaların və təcrübələrin inkişafını təşviq edib.

Banker.az xəbər verir ki, bu barədə İsveçrənin “Credit Suisse” bankının tədqiqat institutunun dekabrda yayımladığı məruzədə deyilir: “Nə baş verəcək? COVID-19 pandemiyasının uzunmüddətli nəticələri”.

Pandemiya ondan əvvəlki tendensiyaların katalizatoru olub. Bunlara gündəlik həyatda rəqəmsallaşma, daha çevik iş şərtləri, qloballaşmada geriləmə, ölkələr arasında əməkdaşlıq münasibətlərinin zəifləməsi, ekspansiya və şəhərlərin həssaslığı aiddir. Pandemiya bəzi sahələrdə – məlumatların qorunmasından əmək məcəlləsinə qədər – müəyyən boşluqların olduğunu göstərib.

“Credit Suisse” pandemiya zamanı və ondan sonrakı dövrdə izləniləcək on əsas tendensiyanı müəyyənləşdirib. Onlar arasına inflyasiya və deflyasiya, o cümlədən hökumət gücünün artması riskləri daxildir. Bundan əlavə, qloballaşmada istehsalata və regional əlaqələrə yaxınlıq operativlikdən daha vacib olacaq. Nəzarət və fərdi məlumatlar dövlət və şirkətlərə “informasiya imperiyasına” çevrilməyə imkan verəcək. Distant iş uzun müddət standart olaraq qalacaq və insanlar maşınlar üzərindəki üstünlüklərini qoruyub saxlamaq üçün yeni bilik və bacarıqlar əldə etməyə can atacaqlar.

Bankın bildirdiyi kimi, pandemiyanın uzunmüddətli iqtisadi təsirləri keçmiş pandemiyalardan daha zəif olacaq. Belə ki, xüsusilə gənc və orta yaşlı insanlar arasında ölüm səviyyəsi aşağı olacaq. Pandemiyadan sonrakı dünya “ləng” iqtisadi böyümə, demoqrafik və ya siyasi amillər səbəbindən demək olar ki, artmayan inflyasiya ilə xarakterizə olunacaq.

Koronavirus dövründə dövlətlərin səlahiyyətləri genişlənib və böhran bitdikdən sonra əhali bununla razılaşa bilməyəcək. Dövlətin iqtisadiyyata birbaşa müdaxiləsi səbəbindən bazarın təbii dinamikasının pozulması riski yaranıb.

Maliyyə təşkilatının vurğuladığı daha bir tendensiya kiçik şəhərlərin “intibahıdır”: distant iş rejiminə görə insanlar meqapolislərdə yaşamağa üstünlük verməyəcəklər.

Son xəbərlər
Digər xəbərlər