“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsi “Nur-SS” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Sosial Xidmətlər Agentliyinin aparatı və filialları üçün digər maşın və avadanlıqların satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 1 709 103 min manatdır.
Qeyd edək ki, “Nur-SS” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi İbrahim İbrahimovdur.