2021-ci ildə Azərbaycan əhalisinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi üçün İpoteka və Kredit Zəmanət Fonduna 87,5 milyon manat (güzəştli ipoteka kreditlərinin verilməsi üçün 81 milyon manat, sahibkarların manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün 6,5 milyon manat) ayrılacaq.
Bu barədə büdcə layihəsində bildirilir.
Sənəddə həmçinin deyilir ki, Mənzil İnşaatı Dövlət Agentliyinə isə 73,1 milyon manat vəsait yönəldiləcək.