Azərbaycanda bu il oktyabrın 2-də yaradılmış və hələ ki, lisenziyası olmayan “Nas Project” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib.
Bu, Elnur Məmmədovdur.
O, direktor vəzifəsində Məhəmməd Quliyevi əvəz edib.
Xatırladaq ki, “Nas Project” 300 min manat nizamnamə kapitalı ilə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, mənzil 56-dır.