14 C
Baku
Sunday, November 23, 2025

Sahibkarlığın İnkişafı Fondunun saytı yeni formada hazırlanacaq

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Fondun saytının yeni formatda hazırlanması xidmətlərinin satın alınması üçün şirkətin seçilməsi üzrə kotirovka sorğusu elan edir.

İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu Sahibkarlığın İnkişafı Fondundan əldə edə bilərlər.

Təkliflər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

Təkliflər 2020-ci il 25 dekabr saat 12:00-a qədər qəbul olunur.

Ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxs Taleh Əliyevə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172

Telefon: (012) 310 23 02

Fax: (012) 4323717

e-mail: [email protected]

Tender komissiyası

Son xəbərlər
Digər xəbərlər