Pandemiya ilə mübarizəyə 13 trln. dollardan çox vəsait xərclənib

COVID-19 pandemiyası ilə mübarizəyə, onunla əlaqədar olaraq yaranan iqtisadi çətinliklərin aradan qaldırılmasına və əhaliyə göstərilən yardıma ümumilikdə 13 trilyin dollar vəsait xərclənib.

Banker.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzetinə istinadən “TASS” agentliyi məlumat yayıb.

Verilən məlumata görə, bu məbləğə həmçinin ABŞ Konqresinin bu yaxında qəbul etdiyi 900 milyard dollarlıq iqtisadi dəstək paketi daxildir.

“Nikkei”nin vurğuladığı kimi, iqtisadiyyatı stimullaşdıran tədbirlər beynəlxalq arenada aparıcı rol oynayan ölkələrdə borcun “şişməsinə” səbəb olur. Ekspertlərin hesablamalarına görə, 2021-ci ildə onların dövlət borcu ÜDM-nin 125%-nə bərabər olacaq.

Son xəbərlər
Digər xəbərlər