Financial Times-in verdiyi məlumata görə, Dünya bankı Qərbi Afrikada Ebola virusunun yayılması nəticəsində dünya iqtisadiyyatına vurulan zərərin miqdarı ilə bağlı proqnozları azaltdı.
Dünya bankının yeni qiymətləndirməsinə əsasən zərər 30 milyard dollardan çox yox, 3-4 milyard dollar təşkil edəcək.
Dünya bankının Afrika üzrə baş iqtisadçısı Fransisko Ferrera bildirmişdir ki, proqnozun enməsi “bəzi ölkələrdə Ebola virusunun uğurla qarşısının alınması” ilə bağlıdır.
Bununla yanaşı, o qeyd etmişdir ki, iqtisadiyyat üçün hələ də risklər qalmaqdadır.