12 C
Baku
Monday, November 25, 2024

Unibank-dan gənc sahibkarlara növbəti dəstək

Uğurlu innovativ layihəni necə hazırlamaq olar? Unibank sizə öz biznesinizi qurmaqda kömək olur. Bank daha bir tədbirin təşkilatçısı olmaqla, sahibkarlığın inkişafına dəstəyini davam etdirir. Unibank ikinci dəfədir ki,  qlobal formatlı “Start-up Weekend” tədbirinin Bakıda keçirilməsinə dəstək verir. Noyabrın 21-23-ü tarixlərində keçirilən tədbirdə, innovativ texnologiyalara əsaslanan sahibkarlar, start-up müəllifləri, marketoloqlar, dizaynerlər və proqramçılar komandalarda bir araya gələrək start-up-larla münsiflər qarşısında təqdimatlar etdilər. Tədbirin məqsədi bu yarışmada iştirak edən hər bir komandanın üç gün ərzində startapı tam formalaşdıraraq, işlək halda təqdim etməsidir. Prosesin səmərəliliyini təmin etmək məqsədilə iştirakçılar  statuslu peşəkarlar tərəfindən məsləhətlər alıblar.  

“Baku Startup Weekend” müstəqil mütəxəssislər və “Startup Weekend” qlobal forumu tərəfindən təşkil edilib. Tədbirə ABŞ, Rusiya, İordaniya, Türkiyə də daxil bir neçə ölkədən qonaqlar qatılıb.

Qeyd edək ki, Start-up Weekend biznes dünyasında çox məhşur layihələrdəndir. 2007-ci ildən başlayaraq 107-dən çox ölkədə keçirilən bu formatlı tədbirlərə ümumi olaraq 100 000-dən artıq sahibkar cəlb edilib. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 1000-dən artıq şirkət yaranıb  müvəffəqiyyətlə fəaliyyət göstərir.

Ətraflı məlumatı Unibank-ın facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank-hər kəsin bankı

Son xəbərlər
Digər xəbərlər