7 C
Baku
Sunday, December 15, 2024

Deputat: “Sahibkarlığa dövlət büdcəsindən daha çox dəstək ayrılmalıdır”

“2021-ci ilin büdcəsi Zəfər büdcəsidir. Biz Qarabağın quruculuğu naminə bir yerdə olmalıyıq. Qarşıdakı dövrdə əsas prioritet Qarabağın quruculuğu və hərbi xərclərin artırılması olmalıdır”.

Bunu parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı çıxış edən deputat Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, biz sosial xərclərin artırılmasına da diqqət yetirməliyik:

“Eyni zamanda koronavirus pandemiyasından az qala müflisləşmə səviyyəsinə gələn orta və kiçik sahibkarlığa gələn ilin büdcəsindən daha çox dəstək ayrılmalıdır”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər