2020-ci ilin noyabr ayında Azərbaycanda banklar tərəfindən 2 688 bankomat quraşdırılıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin eyni dövründə quraşdırılan bankomatların sayı 2627 olub.
Cari ilin oktyabr ayında isə cəmi bankomatların sayı 2 655 olub. Belə ki, aylıq müqayisədə 33 yeni bankomat quraşdırılıb.
Bakıda noyabrda bankomatların sayı 1 415, regionlarda isə 1 273 olub. İllik müqayisədə Bakıda bankomatların sayı 0.2% artıb, regionlarda olan bankomatların sayı isə 4.7% artıb.