“Saxta pensiya və müavinətlərin ləğvi nəticəsində 2020-ci il ərzində 250 milyon manat dövlət büdcəsi vəsaitinə qənaət edilib”.
Bunu Milli Məclisin plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əmək və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Sahil Babayev deyib ki, 2018-ci ilə qədər dövlət büdcəsindən DSMF-ə transfert 38 faiz təşkil edirdisə, cari ildə bu göstərici 25 faizə düşüb.
“Cari il ərzində pensiyaların 10 faizə qədər indeksasiya edilməsi planlaşdırılır. Alıcılıq qabiliyyəti üzrə minimum və orta pensiya məbləği MDB məkanında ən yüksəkdir”.
S.Babayev deyib ki, nazirlik tərəfindən 30 arayış elektron qaydada verilir: “Pensiya və müavinət sistemində islahatlar barədə təkliflər də hazırlanıb, müzakirənizə təqdim ediləcək”.