Dekabrın 28-də Xiaomi Mi 11, Mi 11 Pro və Mi 11 Pro Plus seriyası təqdim olunacaq.
Snapdragon 888 prosessorundan güc alacaq ilk telefonlar olacaq seriya ilə bağlı maraqlı iddia ortaya çıxıb.
İddiaya görə, seriyaya aid smartfonların qutusunda heç bir aksesuar, hətta adapter də yer almayacaq.
Xatırladaq ki, bir müddət əvvəl eyni məsələdən dolayı Xiaomi sosial şəbəkə hesablarında anoloji addım atan Apple ilə bağlı istehzalı paylaşım etmişdi.
Dəqiqləşməyən digər iddiaya görə, 8 GB əməli, 128 GB daxili yaddaşa sahib Mi 11 modeli 687 dollara satılacaq. 256 GB yaddaşa malik versiyası 733 dollar olacaq. Modelin 12 GB əməli, 256 GB daxili yaddaşa malik versiyasının qiyməti 794 dollara satışa çıxarılacaq. Mi 11 Pro-nun qiyməti isə təxminən 810 dollardan başlayacaq.