Azərbaycanda fəaliyyət göstərən logistika şirkəti “qapalı” fəaliyyət göstərəcək.
Banker.az xəbər verir ki, “Var Logistic” Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati-hüquqi forması dəyişərək Qapalı Səhmdar Cəmiyyətə çevrildiyini elan edir.
Qeyd edək ki, logistika şirkəti 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Vüqar Hüseynovdur.