3 C
Baku
Saturday, December 14, 2024

Gələn il AMB-nin pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb

2020-ci ildə olduğu kimi 2021-ci ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.

Bu barədə  quruma istinadən xəbər verilir.

Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə yanvarın 29-u, martın 19-da, aprelin 30-u, iyunun 18-da, iyulun 30-da, sentyabrın 17-də, oktyabrın 29-da və dekabrın 17-də açıqlanacaq.

Qərarlardan dördünü qurumun sədri Elman Rüstəmov keçirəcəyi mətbuat konfransında açıqlayacaq. Media nümayəndələri ilə görüşlər yanvar, aprel, iyul və oktyabr aylarına nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər