Expressbank kredit xətti xüsusiyyətlərinə malik Expresso kredit məhsulunu təqdim edib.
Məhsulun şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman, məbləği 35 günədək qaytardıqda (növbəti ayın 5-də) faiz hesablanmır. Növbəti ayın 5-dən etibarən kredit borcuna 22%-dən başlayaraq illik dərəcəsi ilə faiz hesablanır və hesablanmış faizlər həmi ayın sonunda ödənməlidir.
Qeyd edək ki, ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. Expressbank bankomatlarında nağdlaşma komissiyası 1% təşkil edir. Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən pulsuz kartın maksimal məbləği 10000 AZN təşkil edir.